Zaqatala Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvət ŞOK həddə çatıb - 2-ci hissə İDDİA\VİDEO

Zaqatala Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvət ŞOK həddə çatıb - 2-ci hissə İDDİA\VİDEO Xəstəxanalarda korrupsiyalara daha çox mal materialların, dərman vasitələrinin satın alınmasında yol verilir. Odur ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırırıq:
Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021ci illərdə zəruri malların alınmasına ayırdığı vəsaitlər haqqında:
Xəstəxananın Tender Komissiyası tərəfindən Dövlətsatınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatına görə 2020-ci ildə dəftərxana və təsərrüfat xərclərinə 48 723.73 ,
mətbəə xərclərinə 22 881.99 ,
yumşaq inventara 22 591.69 ,
ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb.
Bu ümumi olara 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020ci ilin dekabr ayında bağlanılıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərcləyib?
Sair torpaq, tikili və avadanlıqlara 15 847.4 ,
mətbəə mallarının alınmasına 19 910.73 , tikili və avadanlıqların cari təmir xərclərinə 46 123.46 ,
maşın və avadanlıqların alınmasına 169 823.24 , yumşaq inventarın alınmasına 24 365 ,
dəftərxana və təsərrüfat xərclərinə 58 764 ,
nəqliyyat vasitələrinin cari təmir xərclərinə 28 991.13 ,
hüquqi yardıma 3600, digər malların (yeməkxana və mətbəx ləvazimatının) alınmasına 18 528 manat vəsait ayrılıb.
Ümumi olaraq 385 952 manat.
Şikayətçi teref.az ünvanladığı mıktubda daha sonra baş verən özbaşınalıq və korrupsiya əməllərindən yazır:
Göründüyü kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalınmasına ümumi olaraq 510 259 azn vəsait xərcləyib. Qeyd edək ki, bu 250 çarpayıdan ibarət bir dövlət xastəxanası üçün böyük vəsaitdir. Bütün bunlara baxmayaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında hazırda elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Xəatəxanada yatan heç bir xəstə dərman ləvazimatları ilə təmin edilmir, hamını apteklərə göndərirlər. Hətta bu gün həkimlər də tibb əlcəklərini yaxınlıqdakı aptekdən pulla alırlar. Onda yuxarıda qeyd etdiyimiz yüz minlərlə vəsait hara yoxa çıxdı?
Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər. Rayonda səs salıb ki, Qarabağda evlərin tikintisinə Prezidentin tapşırığı ilə pul göndərməlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun sadalanan faktlara münasibəti necə olacaq bilmirik. Amma, onu deyə bilərik ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb çox işlər çevirənlər var.
Baş həkimin bir çox işlərinin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovu yqxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanov hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal-qərb bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər vermişdi. O, qardaşının həyat yoldaşını Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Qəribə burasındadır ki, Gülnarə Ömərova bütün bunları açıq şəkildə edir və heç kimdən çəkinmədiyini söyləyərək edir. Xəstəxananın direktoru Məcid Əliyevə gəlincə, O, 2012-2018-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Belə ki, verilən məlumata görə Şəki RMX-nın baş həkimi olarkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin, bu olanlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın olan şəxslərin vasitəsi ilə nəinki vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi hörmətli, ancaq nisbətən kiçik bir rayon xəstəxanasının direktoru vəzifəsinə də təyinat alıb. Bu gün Zaqataladakı ANA ölümlərinin sayına baxanda açıq-aydın görünür ki, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Kimin pulu yoxdursa və təbii doğuşda çətinlik çəkirsə ölməlidir. O, bunu bilərəkdən edir ki, digərlərinə dərs olsun. Zaqatala rayonunun səhiyyə sistemində Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyevin qoyduğu qayda və qanunlar bu sahədə dövlət qanunlarından daha işləkdir. Bu gün Zaqatala rayonunda ağır xəstələrin paytaxta gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün müəyyən məbləğdə pul tələb edir. Qeysəriyyə əməliyyatına görə vətəndaşlardan 400-600 manat civarında pul alaraq qanunsuzluq edirlər. Zaqatala RMX-də açılmış kolxoz bazarına son qoyun! VƏSSALAM!
Teref.az olaraq şikayətdə qaldırılan iddilarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Geri qayıt