“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT

“Tağı İbrahimov hələ də bu tikintiyə (həbsdə olmasına baxmayaraq) nəzarət edir və tikintinin davam olunmasına maneələr törədir. 150-dən çox sakin bu məsələ ilə bağlı aldadılıb. “Qlobal SF” MMC-nin yeni rəhbərliyi ilə görüşlərimiz olub. Dəfələrlə bizə söz və vəd veriblər, lakin artıq sakinlərdə inamsızlıq yaranıb. Yeni təsisçi də bu səbəbdən tikintinin davam olunmasını istəmir, səbəb isə bu günə kimi ləğv olunmuş möhür ilə imzalanmış saxta müqavilələrin MMC-yə təqdim olunmasıdır. Binanın fəsadı, mansardı bərbadddır. Kompleks olmalıdır, amma heç kompleks tikilməyib. Gələn rəhbərlərin hamısı da bizi aldadıb çıxıb gedirlər. Aldanmaqdan bezmişik. 3 ədəd möhür var. Eyni vöen ilə eyni tarixlərdə möhürlər var ki, dəyişikdir. Hər rəhbərliyin əlində bir möhür var. Ona görə də siyahını üzə çıxarmırlar. İddia var ki, 11 ev FHN-ə, 20 ev Şəhərsalma və Arxitektura komitəsinə, 15 ev hansısa televiziya kanalına verilib. Evin içində yaşaya-yaşaya bilmirik ki, bu ev bizimdir ya yox?! Kupçamız yoxdur. Bir neçə aidiyyatı quruma, vəzifəli insana müraciət etsək də cavabsız qalıb. Deyirlər ki, siz gedib şikayət edirsiz, biz 20-30 min verib susdururuq” deyə kompleks sakinləri bildirib.