1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından ŞİKAYƏT…

“Xəstəxananın yatış şöbəsi dəhşətdir. Yaşlı və eynəkli bir tibb bacısı uşaqlarla çox kobud rəftar edirdi. Şikayət edəcəyim üçün adını öyrəndim, ancaq demədi adını. Uşaqların üstünə necə qışqırırsa, körpələr yatanda da diksinirdi. Valideynlərlə, uşaqlarla çox kobud rəftar edirlər. Damar iynəsi vura bilmirlər uşaqlara. Uşaqdan qan götürmək üçün 6 dəfə iynəni salıb çıxardılar, amma damara düşə bilmədilər.
Xəstəxanada sabun, spirt, dezenfeksiya və təmizlik üçün heç nə yoxdur. Başa düşmürəm, dövlət ölkənin 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına sabun vermir? Yoxsa verir, həkimlər, tibb bacıları, baş həkim özləri mənimsəyir?
Həkimləri çox savadsızdır. Uşağın prablemini deyirəm, “Allah şəfa versin” deyib gedirlər. Nə müalicə edirlər, nə maxırlar, nə maraqlanırlar. Boş-boş yatızdırırlar uşaqları, amma müalicə edən yoxdur”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən
