“Bolt”dan şikayətlər artır… “Təhlükəsizliyə nəzarət edilmir” – Fakt

“Tətbiqdə bir maşın göstərir, amma tamam fərqli maşın gəlir. Sürücü əminliklə deyir ki, bu mənim sifarişimdir. Bəs əgər bir şey olsa? Necə sübut edəcəm ki, sifariş verdiyim abtomobilə minmişəm?
İstənilən sürücü gəlib digərinin sifarişini götürə bilər. Deyəcək ki, mənim sifarişimdi. “Bolt” şirkətinin isə bu ümumiyyətlə heç vecinə deyil. Təhlükəsizlik, nəzarət veclərinə də deyil.
Bu birinci dəfə deyil və tək mənim başıma gəlməyib. Çoxları artıq bu barədə yazır. Deməli, bu təsadüfi deyil. “Bolt”un sistemi belədir”.
Qeyd edək ki, “Bolt” taksi şirkətinin Azərbaycandakı meneceri Naim Əzizovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
