Peşəkarlıq adı ilə məsuliyyətsizlik: “Təmiz Qaz” vətəndaş probleminə laqeyidlik-ŞİKAYƏT

Şikayətçi bildir ki, problemlə bağlı Sumqayıt Regional Mərkəzinə müraciət etdim. Amma daha acınacaqlısı orada yaşandı. "Özünü mərkəzin müdir müavini kimi təqdim edən şəxs, məsuliyyətdən yayınaraq "problem bizim deyil, sizin probleminizdir” cavabını verdi. İctimaiyyətə müraciət edəcəyimi dedikdə isə "əlindən nə gəlir onu et!” kimi hörmətsiz və qeyri-etik ifadələr işlətdi.” Bu isə onu göstərir ki, sözügedən Regional Mərkəzin əməkdaşları nəinki öz qüsurlarını düzəldir, elementar abonentlə danışmaq qaydalarına belə riayət etmirlər.
Bəs bu cür münasibətə, vətəndaş rahatlığını saymamağa nə ad vermək olar?
Buradan aidiyyəti qurumlara, medianın diqqətinə və vətəndaş cəmiyyətinə müraciət edirəm: "Təmiz-Qaz”ın Sumqayıt Regional Mərkəzində baş verən bu məsuliyyətsizliklə bağlı tədbir görülsün. Biz bu cür yanaşmaya susduqca, daha böyük haqsızlıqlar baş verəcək.
Qaz kimi vacib və təhlükəli sahədə çalışan qurumların hər addımı ölçülüb-biçilməlidir. Amma görünən odur ki, bəzi əməkdaşlar nə ölçür, nə biçir, nə də cavabdehlik daşıyır.
İctimai qınaq bəzən ən güclü nəzarət mexanizmidir – səsi ucaldaraq bu məsuliyyətsizliyə son deyək!