"Azercell"dən kəskin qiymət artımı: Abunəçilər narazıdır

1 iyul tarixində "Azercell" ödəniş kartlarının istifadə müddəti ilə bağlı dəyişikliklər edəcək.
 
Pravda.az xəbər verir ki, bu tarixdən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:
 
:
Kartın nominalı (AZN ilə)İstifadə müddəti (təqvim günü)
11
22
33
55
1010
2525
5050
10050
 
Bütün nominalı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəniş (danışıq) kartlarında yeni ödəniş kartının yükləmə müddəti ödəniş kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəniş kartı yüklədiyi istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmçinin həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəniş kartının məbləğindən istifadə imkanına malik olacaq.
 
Göstərilənlərə əlavə olaraq, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN nominaların əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
 
:
Ödəniş məbləğinin aralığıİstifadə müddəti (təqvim günü)
1 AZN-dan – 1.99 AZN-dək1
2 AZN-dan – 2.99 AZN-dək2
3 AZN-dan – 4.99 AZN-dək3
5 AZN-dan – 9.99 AZN-dək5
10 AZN-dan – 24.99 AZN-dək10
25 AZN-dan – 49.99 AZN-dək25
50 AZN-dan – 99.99 AZN-dək50
100 AZN +50
 
Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.
 
Qeyd edək ki, bu vaxta qədər fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilirdi:
 


Geri qayıt