“Sol gözüm tamam tutuldu” – Cahid Şahbazova yeni ittihamlar – VİDEO

O iddia edir ki, əməliyyatdan sonra sol gözü tamamilə tutulub:
“Cahid Şahbazovun etdiyi savadsız və uğursuz əməliyyat nəticəsində artıq bir ilə yaxındır ki, sol gözüm görmür. Bununla bağlı Səbail Rayon Prokurorluğuna müraciət etmişəm. Bildirilib ki, Cahid Şahbazov barəsində cinayət işi açılıb”.
H.Əliyeva qeyd edir ki, ona işin iyun ayında yekunlaşdırılaraq məhkəməyə göndəriləcəyi deyilsə də, bu, hələ də baş verməyib:
“Tək istəyim odur ki, Səbail Rayon Prokurorluğu işimi tezliklə yekunlaşdırıb məhkəməyə təqdim etsin. Artıq bir ildən çoxdur ki, eynəksiz çölə çıxa bilmirəm. Həm iş, həm də sosial həyatımdan tamamilə məhrum olmuşam. Cahid Şahbazovun etdiyi əməliyyat üzündən böyük kompleks yaşayıram”.
İddialarla bağlı Cahid Şahbazovun köməkçisi yerli mətbuata sözügedən informasiyadan xəbərdar olduqlarını, lakin Cahid Şahbazovun açıqlama vermək istəmədiyini deyib.