AYNA bu yolu da bərbad hala saldı: “İndi bütün gün tıxacdı” – FOTO
Yollarımızda AYNA-nın sərgüzəştləri davam edir. Tıxacı azaltmaq adı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agenbtliyi daha bir yolda tıxac yaradıb.“Nəticədə tıxacın bir ucu az qala gedib “20 Yanvar”a çatır. Hələ üstəlik düz yol da təmirdədi, bağlıdı.
Nəticə, fiasko. Həsən Əliyevdən Koroğlu Rəhimovun sonuna qədər tıxacdı.
Birtərəfli yol kimin ideyasıdırsa çox bərbad ideyadı, günün 18 saatı tıxacdı, halbuki normalda ancaq pik saatlar tıxac olurdu”.

