Dövlət qurumu ilə vətəndaş arasında mülkiyyət qalmaqalı – VİDEO
Nəsimi rayonu, Azadlıq prospekti 13, mənzil 28-in mansardı uçurulub, dam örtüyü yararsız hala düşüb və yağış suları birbaşa evə dolur.Mülkiyyətçi iddia edir ki, bir müddət əvvəl onların ona görə də mansardı təmir edib, dam örtüyünü yenidən vurmaq istəyiblər. Lakin bildirdiyinə görə, Nəsimi Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları xəbərdarlıq etmədən tikintiyə müdaxilə ediblər.
Müsahibimiz deyir ki, havalar soyuduqca vəziyyət daha da çətinləşir. Çünki tikinti açıq qalıb, evə su axır və qış mövsümündə bu, onların yaşayışına ciddi problem yaradacaq. Mülkiyyətçi hüquqlarının təmin olunmasını istəyir.
