Sumqayıtda daşlarla "bəzədilən" RİSKLİ YOL
Belə ki, yolun bərpa edilməsinə baxmayaraq, mövcud vəziyyət ürəkaçan deyil. Görüntülərdən aydın görünür ki, nəqliyyat arteriyasının ortasında hələ də çökəklik qalmaqdadır. Vətəndaşların sözlərinə görə, həmin çökəkliyin üzərinə kubik daşlar yerləşdirilib. Lakin gecə saatlarında bu maneəni görməyən bəzi sürücülər avtomobilləri ilə daşları ətrafa dağıdıb.
Bir sözlə, yerli sakinlər aidiyyəti qurumlardan yolun standartlara uyğun şəkildə yenidən asfaltlanmasını tələb edirlər.
