Stansiya Sumqayıtda qaz problemi: sakinlər narazılıq edir
Stansiya Sumqayıt qəsəbəsi və “Dəmiryolunun Yük Həyəti” adlanan ərazidə yaşayan sakinlər qaz təchizatında yaranan fasilələrlə bağlı narazılıqlarını bildirirlər.Qeyd olunur ki, mövcud vəziyyət xüsusilə soyuq hava şəraitində ailələrin gündəlik məişətinə ciddi çətinliklər yaradır. Bildirilir ki, vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumların qaynar xəttlərinə müraciət etsələr də, problemin hələlik həlli ilə bağlı konkret nəticə əldə olunmayıb.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.
