“Kontakt Home”la bağlı daha bir narazılıq: “Bizi aldadırlar” – Foto
“Kontakt Home” mağazası ilə bağlı növbəti müştəri narazılığı gündəmə gəlib.Onun sözlərinə görə, məhsulu aldıqdan sonra qablaşdırmanın üzərində “Not For Sale” (“Satış üçün deyil”) yazıldığını görüb.
Müştəri bununla bağlı belə yazıb:
“Bu gün qələmi alanda görürəm ki, üstündə yazılıb, ‘Not For Sale’, yəni satış üçün deyil”.
Tural Hacızadə məsələni dəqiqləşdirmək üçün “Huawei” ilə əlaqə saxlamaq istəyib, sonradan bundan imtina edib.
“Həqiqətən utandım bir çinliyə deyim ki, mənim yerli şirkətim məni aldadır”.
O, böyük pərakəndə satış şəbəkəsinin belə addım atmasının qəbuledilməz olduğunu vurğulayıb:
“Bunu adi bir satış butiki etsə, deyərdim qazancı o qələmdən çıxır. Amma sən böyük korporativ mağazasan, belə etməməlisən”.
Sonda vətəndaş şirkətə iki sual ünvanlayıb:
“Kontakt niyə belə edirsiniz? Biz nə vaxt düzələcəyik?”.
Qeyd edək ki, məsələ ilə bağlı “Kontakt Home”un mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul


