Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib"
Sumqayıtın bəzi ərazilərində piyada səkisində yaranan vəziyyət narazılıq yaradıb.Şikayətçilərin redaksiyamıza təqdim etdiyi fotolardan da aydındır ki, səkilərin üzərində stol və stullar yerləşdirilib.
Vətəndaşların sözlərinə əsasən, bu cür vəziyyət həm ərazinin görüntüsünü korlayır, həm də gediş-gəlişi çətinləşdirir.
Sakinlər aidiyyəti qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
