Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar" - VİDEO

Bloger Qida blogeri Gülnar Hüseynova "Azza" mağazasında satılan məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb.
Yenilik.az Axşam.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkədə mağazadan alınan yoqurtun qıcqırdığını və bu səbəbdən mağaza əməkdaşları ilə arasında mübahisə yaşandığını bildirib:

"Azza" köhnə məhsullar satır. Azadlıq prospektində yerləşən filialında son istifadə tarixi iyulun 22-si olan yoqurtu bizə ayın 19-da satıblar. Uşaqlar yoqurtu açanda məni çağırdılar. Allah istədi ki, mən də gördüm. Yoqurt qıcqırıb. İnanın, üfunət iyi gəlir. Bərbad vəziyyətdədir. Mənim uşağım bunu içsəydi, nə olacaqdı?

Gəlmişəm ki, məhsulu qaytarım. Amma üzr istəmək əvəzinə mənimlə burada mübahisə edirlər. Deyirlər ki, kameraya baxmalıyıq. Kompüterdə yoxlayıblar ki, məhsul saat 17:31-də alınıb.

Deyirəm, məsələ bu deyil. Mən başa düşə bilmirəm, siz üzr istəmək əvəzinə niyə məni burada bir saat saxlayırsınız? Deyirlər ki, yoxlayacağıq, əlaqə nömrənizi verin.

Söhbət puldan getmir. Mən öz hüquqlarımı müdafiə edirəm. Niyə insanlara köhnə məhsullar satırsınız?

Bu da "Azza"nın satdığı məhsullar. Baxın, yoqurtun vəziyyətinə. Çəkirəm ki, insanlar görsün. Bu yoqurtu insanlara satırlar".

Geri qayıt