Sumqayıtda tez-tez işıqsız qalan sakinlər ÇƏTİN DURUMDA
Sumqayıtda elektrik enerjisinin verilməsi ilə bağlı şikayətlər səngimir."Gündəlik olaraq elektrik enerjisində azı 3-4 saat fasilə olur. Bu cür vəziyyət bizim yaşayış şəraitimizi çətinləşdirir", - deyə şikayətçi narahatlığını ifadə edib.
Sakinlər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və problemin həllini tələb edirlər.
Qeyd edək ki, aidiyyəti quruma məsələ ilə bağlı sorğu ünvanlanıb.
Xatırladaq ki, yaxın vaxtlarda redaksiyamız Novxanı bağları və Kimyaçılar qəsəbəsində də işıqların mütamadi olaraq sönməsi ilə bağlı şikayət işıqlandırıb.
