Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Nəzakət Mehdiyeva MİQ iştirakçılarını AŞAĞILADI: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - SƏS YAZISI

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını AŞAĞILADI: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - SƏS YAZISI

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını AŞAĞILADI: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - SƏS YAZISI
2021-07-26 , 22:46

Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ətrafında müzakirələr səngimək bilmir.

Yenicag.az xəbər verir ki, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin imtahan sualları ilə bağlı narazılığı böyük əks-səda doğurmuş, təhsil naziri Emin Əmrullayev imtahan suallarının komissiya tərəfindən yenidən yoxlanılaraq 3 gün ərzində nəticə barədə məlumat verəcəyini bildirmişdi.
Bu gün imtahan verən müəllimlərin də test tapşırıqları ilə bağlı narazılıqlarının olması məsələni daha da ciddiləşdirib.
MİQ imtahanı ilə bağlı qeyri-müəyyənlik davam etdiyi bir vaxtda Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyevaya aid olduğu iddia edilən səs yazısı müzakirələri yenidən alovlandırıb.
Səs yazısında tapşırıqların çətin olmadığını müdafiə edən TİPİM sədrinin, “Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – dediyi eşidilir.
Səs yazısını təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.