Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Bakıda ŞOK OLAY: 50 manat verməyən şagirdlər dərsə buraxılmadı

Bakıda ŞOK OLAY: 50 manat verməyən şagirdlər dərsə buraxılmadı

Bakıda ŞOK OLAY: 50 manat verməyən şagirdlər dərsə buraxılmadı
2021-10-07 , 15:15

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Valideynlərdən əldə etdiyimiz məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.
Pulun hansı məqsədlə yığıldığı bilinmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, – deyə, idarədən qeyd edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.