Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi tələbələri Rusiyada Gənclər Parlamenti Məktəbində iştirak edəcəklər

Qərbi Kaspi tələbələri Rusiyada Gənclər Parlamenti Məktəbində iştirak edəcəklər

Qərbi Kaspi tələbələri Rusiyada Gənclər Parlamenti Məktəbində iştirak edəcəklər
2021-11-11 , 19:25

Qərbi Kaspi Universitetinin MDB PAA DİMBİ tərəfindən keçirilən “Dünya ölkələrinin seçki sistemləri”adlı II Beynəlxalq tələbə internet olimpiadasında qalib olmuş tələbələri 29.11.2021-04.12.2021 tarixlərində Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək Gənclər Parlamenti Həftəsində iştirak edəcəklər. 

Qeyd edək ki, “Dünya ölkələrinin seçki sistemləri”adlı II Beynəlxalq tələbə internet olimpiadasında universitetimizin İstehlak Məhsullarının Ekspertizası və Marketinqi ixtisasının 3-cü kurs tələbəsi Hacıbala Nəsibli olimpiadada 1-ci, meşə materialları və ağac emalının texnologiyasi mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Arzu Şükürova isə 3-cü yerə layiq görülmüşdülər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.