Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universiteti “Gələcəyin enerjisi” həftəsini təşkil edir

Qərbi Kaspi Universiteti “Gələcəyin enerjisi” həftəsini təşkil edir

Qərbi Kaspi Universiteti “Gələcəyin enerjisi” həftəsini təşkil edir
2021-11-12 , 21:38

Qərbi Kaspi Universiteti tanınmış azərbaycanlı professorların iştirakı ilə “Gələcəyin enerjisi” həftəsini təşkil edir. 

15-22 noyabr tarixlərini əhatə edəcək həftədə professor, enerji məsələləri üzrə nüfuzlu alim, dünyanın qabaqcıl universitetlərindən biri, Kanadada yerləşən Vaterloo Universitetinin prezidenti (2011-2021), sonuncu beynəlxalq təhsil sammitinin əsas spikerlərindən biri, Türkiyədə doğulan azərbaycanlı Ferudun Həmdullahpur və professor, Humboldt mükafatı laureatı olan ilk həmyerlimiz, Qərbi Kaspi Universitetinin Fəxri Professoru Məsud Əfəndiyevin mühazirə, seminar və master-klassları təşkil ediləcək.
Müharizələrdə enerji mühəndisliyində mövcud və gələcək trendlər, pandemiya sonrası ali təhsil ocaqlarının üzləşdiyi çağırışlar, Covid-19-a fərqli elmlər aspektindən baxış və digər istiqamətlər əhatə olunacaq.
İctimaiyyət üçün açıq olan seminar və mühazirələri diqqətinizə çatdırırıq:
📍 16 noyabr
Professor Məsuf Əfəndiyevin mühazirə: "Interdisciplinary Approach in Natural Sciences" – saat: 10.00-13.00
Professor Ferudun Həmdullahpurun məruzəsi: "Current and Future Trends of Energy Engineering" – saat: 15.00-18.00
📍 17 noyabr
Professor F.Həmdullahpur və Professor M.Əfəndiyev tərəfindən mühazirə: "Current and Future Trends in Engineering and Technology: How to link it to become an Innovative and Entrepreneurial University" – saat: 15.00-18.00
📍 18 noyabr
Professor F.Həmdullahpurun seminarı: "Impacts and Solutions to the Higher Education Sector in the Post-Covid World" - saat: 15.00-18.00
📍 19 noyabr
Professor F.Həmdullahpurun seminarı: "Future role and place of education/higher education in our rapidly changing world. Trends, challenges and opportunities for universities to differentiate and stay relevant" - saat: 15.00-18.00
📍 20 noyabr
Professor F.Həmdullahpur tərəfindən master-klass: "Thermal Modeling of Multiphase systems: From Fluidized Beds to Fuel Cells" – 11.00-13.00
Professor M.Əfəndiyev tərəfindən master-klass: "Convergence of Science: Covid-19" - saat: 15.00-18.00
Mühazirələr Qərbi Kaspi Universitetinin Əhməd Rəcəbli 21 ünvanındakı konfrans zalında təşkil olunacaq.
Tədbirlərdə iştirak etmək arzusunda olanlar [email protected] email ünvanına ad və soyadlarını göndərə bilərlər. İştirakçılardan Covid-19 passportu tələb olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.