Yenilik.Az
www.Yenilik.Az » Təhsil » QKU Beynəlxalq Birliyin Ətraf Mühit Hüququ üzrə Akademiyasına üzv qəbul olunub

QKU Beynəlxalq Birliyin Ətraf Mühit Hüququ üzrə Akademiyasına üzv qəbul olunub

QKU Beynəlxalq Birliyin Ətraf Mühit Hüququ üzrə Akademiyasına üzv qəbul olunub
2021-11-22 , 23:34

Qərbi Kaspi Universiteti beynəlmillələşmə strategiyası çərçivəsində uğurlu fəaliyyətini davam etdirir. Bu fəaliyyət çərçivəsində Universitet Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Ətraf Mühit Hüququ üzrə Akademiyasına üzv qəbul olunub (International Union for Conservation of Nature, Academy for Environmental Law).

Akademiya 2006-cı ildə Kanadanın Ottava şəhərində təsis edilib.
Akademiyanın mənzil qərargahı ABŞ-ın Maryland Universitetində yerləşir. IUCN Ətraf Mühit Hüququ Akademiyası ekoloji hüquq təhsili potensialının yaradılmasında və ekoloji qanunvericiliyin konseptual inkişafının təşviqində unikal mövqeyə malik bir qurumdur. (https://www.iucnael.org/en/ )

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.