Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Azərbaycanda yaxın həftələrdə distant təhsilə keçiləcək? - AÇIQLAMA

Azərbaycanda yaxın həftələrdə distant təhsilə keçiləcək? - AÇIQLAMA

Azərbaycanda yaxın həftələrdə distant təhsilə keçiləcək? - AÇIQLAMA
2021-12-02 , 16:21

"Ən son məlumata görə, tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb".

"Ölkə.Az"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əgər həmin göstərici bu cür davam etsə, növbəti həftələrdə tədrisin distant formaya keçirilməsinə ehtiyac olmayacaq.
Deputat: “İkinci Qarabağ müharibəsi veteranlarının statusu hələ də müəyyənləşməyib”
3 yaşınadək uşaqlara qulluq üçün müavinət artırılır
X sinfə qəbul prosesi başa çatıb
E. Əmrullayev deyib ki, Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyəti aidiyyəti qurumlarla birgə daim izləyir və nəzarətdə saxlayır: "Son həftələrdə müəyyən qədər yoluxmalarda sabitlik yaranıb. Pandemiya dövründə hər zaman şahidi olmuşuq ki, yoluxmalarla bağlı qeyri-müəyyənlik olur, yəni vəziyyət dəyişə bilir. Hazırki dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur. Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma olur. Bunlar da yəqin ki, ölkədə vaksinasiya prosesinin getməsi ilə əlaqəlidir. Xüsusilə də təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.