Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Bu universitetin tələbələri "Ağıllı dibçək" hazırlayır

Bu universitetin tələbələri "Ağıllı dibçək" hazırlayır

Bu universitetin tələbələri  "Ağıllı dibçək" hazırlayır
2021-12-17 , 13:44

Qərbi Kaspi Universitetinin tələbələri universitetin Texnoparkında "Ağıllı dibçək" layihəsi üzərində işləyir. 

Layihənin məqsədi ev və ofis şəraitində dibçəkdə müxtəlif növ bitkilərin əkilməsini istəyən insanların işini rahatlaşdırmaqdır. 
Belə ki, “Ağıllı dibçək”də olan kiçik su çəninə 500 ml (şərtidir) su doldurulur. Bitki əkilən torpağa nəmliyi təyin edən sensor bitki kökünə yaxın quraşdırılır. Dibçəkdə əkilən hansı bitkidirsə, o ağıllı dibçəyin yaddaşına verilir və bitki tələbinə uyğun olaraq nəmlik azaldığı zaman çəndən torpağa su ötürülür. Eyni zamanda çəndə su bitməsinə az qalmış dibçək səs və işıq siqnalları ilə xəbərdarlıq edir ki, istifadəçi çəni su ilə doldursun. Eyni zamanda çən olmadan belə dibçək birbaşa su xəttinə qoşula bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.