Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Alman mediasında Qərbi Kaspi Universitetinin onlayn tədris təcrübəsi barədə məqalə dərc edilib

Alman mediasında Qərbi Kaspi Universitetinin onlayn tədris təcrübəsi barədə məqalə dərc edilib

Alman mediasında Qərbi Kaspi Universitetinin onlayn tədris təcrübəsi barədə məqalə dərc edilib
2021-12-23 , 02:05

Alman saytı ostexperte.de Qərbi Kaspi Universitetinin pandemiya şəraitində tədris təcrübəsi, rəqəmsallaşma yolu ilə mövcud vəziyyətin təhsilə təsirlərinin minimum endirilməsi ilə bağlı təcrübəsinə dair məqalə yayımlayıb. Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırova istinad edən sayt qeyd edir ki, keçidi sürətləndirmək və ictimaiyyətin onlayn öyrənmə anlayışını yaxşılaşdırmaq üçün universitet çevik tədris, biliklərin itkisiz ötürülməsi və mənimsənilməsi üzərində işləyib.

“Rəqəmsal transformasiya tələbələrin hətta pandemiya dövründə də təcrübə keçməsinə şərait yaradıb. Bəziləri hətta Böyük Britaniyada, ABŞ-da və digər aparıcı ölkələridə yüksək profilli işlərə yiyələniblər", - deyə professor Bağırov vurğulayıb.
Yazıda qeyd edilir ki, Qərbi Kaspi Universiteti hazırda bu dəyişiklik proseslərinin dinamikasından istifadə etmək və beynəlxalq şəbəkəsini genişləndirmək üçün çalışır. “Xüsusilə Almaniya universitetləri ilə müxtəlif proqramlar, eləcə də ikili diplom layihələri, doktorantura proqramları istiqamətində əməkdaşlıq əlaqələri formlaşdırılır. Universitet həmçinin yeni beynəlxalq tərəfdaşların proqram təkliflərinə açıqdır və təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda pioner olmaq istəyir. Xarici tərəfdaşlar Azərbaycanın və onun gəncliyinin potensialından bu regionla əməkdaşlığı genişləndirmək üçün yararlana bilərlər” – deyə məqalədə vurğulanır.
Məqaləyə keçid:
https://ostexperte.de/wandel-zum-guten-digitale-pandemie-bewaltigung-in-aserbaidschan/?fbclid=IwAR0irQ2l8iq3Cd2BYDX7qrYXJW4kyK6VNwhXnvqL8VmdF09F_o8DSGRguAM

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.