Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə "2021 Məktəblilərarası LEGO Olimpiadası" keçirilib.

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə "2021 Məktəblilərarası LEGO Olimpiadası" keçirilib.

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə "2021 Məktəblilərarası LEGO Olimpiadası" keçirilib.
2021-12-27 , 23:22

Olimpiadadan öncə məktəblilər üçün robototexnika və proqramlaşdırma təlimləri təşkil olunub, onlar robotlarını hazırlayaraq yarış üçün hazır vəziyyətə gətiriblər.

Yarışın açılış tədbirində çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov iştirakçılara uğurla arzulayıb və qeyd edib ki, IV sənaye inqilabı məhz mühəndislik sahələrinin inkişafı ilə gerçəkləşir.
Maraqlı mübarizə şəraitində keçən olimpiadada 2 kateqoriya üzrə qaliblər müəyyən olunub.
LEGO Xətt izləyən kateqoriyası üzrə:
I YER - 291 saylı Ekologiya Liseyi - Rüstəm Abdullayev, Maksim Bayzentinov
II YER - H.Əliyev adına Müasir Təhsil Kompleksi - Səma Cəfərova, Mirhəbib Əsgərov
III YER - Türkiyə Dəyanət Vəqfi Liseyi - Vüsalə Məmmədzadə, Nuray Abdullayeva
LEGO SUMO kateqoriyası üzrə
I YER - Humanitar Fənlər Təmayüllü Lisey - Erkam Məsiyev, Aylin Məsiyeva
II YER - 132-134 saylı Təhsil Kompleksi - Ömər Hüseyn, Mehdi Xanızadə
III YER - Heydər Əliyev adına Lisey - Emil Qurbanov, Ayxan Musayev
qalib gəliblər.
Qaliblər universitet tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.
Olimpiada çərçivəsində "IV sənaye inqilabında mühəndislik sahələri" mövzusunda ekspertlərin iştirakı ilə seminar da təşkil olunub.











Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.