Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Təhsilin keyfiyyətinə görə ən yaxşılar arasında

Təhsilin keyfiyyətinə görə ən yaxşılar arasında

Təhsilin keyfiyyətinə görə ən yaxşılar arasında
2022-01-09 , 01:41

UI GreenMetric World University Rankings universitetlərin müxtəlif sahələr üzrə göstəricilərini müəyyən edən reytinqdir. Təşkilat cari il üçün bir neçə min dünya universitetinin növbəti qiymətləndirməsini aparıb.
Reytinqdə Qərbi Kaspi Universiteti 2021-ci il üçün yüksək nəticələr göstərərək təhsilin keyfiyyəti indikatoruna görə dünya üzrə 409, ölkə üzrə birinci yerdə qərarlaşıb (1250 balla). QKU bu göstəriciyə görə Avropada 198 universitet arasında yer alıb. 
Qərbi Kaspi Universiteti bu göstəriciyə görə reytinqdə ABŞ-ın Rio Qrande Valley, Albani Universitetləri, İngiltərənin Teessid, İspaniyanın Viqo və De Kastelya, İtaliyanın Foggia, Rusiyanın Saratov Dövlət Texniki Universiteti,  Tomsk Dövlət Universiteti, Türkiyənin Marmara, 19 Mayıs, Kadırhas Universitetləri, Polşanın Krakov Texnologiya Universiteti kimi təhsil ocaqlarını qabaqlayıb. 
Qeyd edək ki, UI GreenMetric World University Rankings müxtəlif alətlər əsasında (o cümlədən ölkələrdəki ekspertlər, alim və analitiklər, yerli müəllimlər, valideynlər, tələbələr arasında anonim sorğular) araşdırma aparmaqla qiymətləndirmə həyata keçirir. Təşkilatın qiymətləndirməsində universitetin təhsilin keyfiyyətinin artırılması istiqamətində konsepsiyası, ardıcıl addımları, o cümlədən pandemiya şəraitinin tədrisin keyfiyyətinə təsirlərinin minimallaşdırılması, onlayn dərslərin keyfiyyətli təşkili üçün maddi-texniki bazanın, infrastrukturun çevik şəkildə uyğunlaşdırılması tədbirləri yüksək qiymətləndirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.