Yenilik.Az
www.Yenilik.Az » Təhsil » QKU komandası beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanıb

QKU komandası beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanıb

QKU komandası beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanıb
2022-01-11 , 22:55

“46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan regional mərhələsində uğurla çıxış edən Qərbi Kaspi Universitetinin komandası yarımfinal mərhələsinə vəsiqəni təmin edib. Onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda iştirak edib.

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütəmadi olaraq keçirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.