Qərbi Kaspi Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib-FOTOLAR

Qərbi Kaspi Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər bu günün müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsi olduğunu qeyd ediblər, faciəyə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildiriblər.
Tədbir universitetin tələbə klublarının hazırladığı ədəbi-bədii kompazisiya ilə davam edib.
Tədbir iştirakçıları “Qəhrəmanlıq səhifəsinin başlandığı gün” adlı dizayn tələbələrinin rəsm və əl işlərindən ibarət sərgi ilə də tanış olublar.


