Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Təhsil Nazirliyindən bağçadakı bu görüntülərə reaksiya - Foto

Təhsil Nazirliyindən bağçadakı bu görüntülərə reaksiya - Foto

Təhsil Nazirliyindən bağçadakı bu görüntülərə reaksiya - Foto
2022-05-26 , 06:22

Sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz qida verilməsi ilə bağlı fotolar paylaşılıb. İddia olunub ki, körpələrə günorta və axşam yeməyində yalnız hissələrə bölünmüş peçenye və çörək verilir, buna görə də uşaqlar aclıqdan ağlayırlar.

Yenilik.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyindən münasibət bildirilib.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, hazırda məsələ araşdırılır.
“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.