Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Təhsil naziri Şuşadan uşaqları təbrik edib

Təhsil naziri Şuşadan uşaqları təbrik edib

Təhsil naziri Şuşadan uşaqları təbrik edib
2022-06-01 , 15:47

Təhsil naziri Emin Əmrullayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları Şuşadan təbrik edib.


"İlk növbətə bütün Azərbaycan uşaqlarını təbrik edirəm. Bu gün Şuşada olmaqdan, Azərbaycanın ən istedadlı uşaqları ilə birlikdə bu günü qeyd etməkdən çox qürur duyuruq.
Eyni zamanda ətrafımda olan və igid oğulların bizə yadigar qoyduğu şəhid övladları ilə qürur duyuram. İstərdim ki, hər bir uşağın üzü gülər, gələcəyi xoşbəxt olsun.
İnanıram ki, uşaqlar Azərbaycanın gələcəyidir və gələcəyimiz daha uğurlu olacaq. Bu istedadlı uşaqlar Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edəcəklər. Qarabağ Azərbaycandır!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.