Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universiteti təkrar (ikinci) ali təhsil üzrə qəbul elan edir

Qərbi Kaspi Universiteti təkrar (ikinci) ali təhsil üzrə qəbul elan edir

Qərbi Kaspi Universiteti təkrar (ikinci) ali təhsil üzrə qəbul elan edir
2022-06-07 , 12:38

Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2022/2023-cü tədris ili üçün aşağıda göstərilən ixtisaslara təkrar ali təhsil üzrə qəbul elan edir: 
 
1. İqtisadiyyat *
2. Maliyyə *
3. Mühasibat * 
4. Menecment
5. Turizm işinin təşkili *, 
6. Marketinq
7. Biznesin idarə edilməsi
8. İnformasiya texnologiyaları
9. Kompüter mühəndisliyi *
10. Ekologiya
11. Biologiya
12. Meşəçilik *
13. Politologiya *
14. Beynəlxalq münasibətlər
15. Dövlət və bələdiyyə idarəetməsi
16. Psixologiya * 
17. Fəlsəfə
18. Tarix *
19. Sosial iş
20. Dizayn 
21. Filologiya 
22. Tərcümə 
(Qarşısında * işarələri qoyulmuş ixtisaslarda həm də qiyabi təhsil forması mövcuddur) 
 
Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarının əsasında aparılır. 
 
Tələb olunan sənədlər: 
• ərizə 
• ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti; 
• əmək kitabçasının surəti (işlədiyi halda); 
• 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil; 
• şəxsiyyət vəsiqəsinin surəti; 
• Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti 
• Sağlamlıq haqqında arayış 
 
Qeyd:Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər. 
 
Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə təkrar ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər. 
 
Təhsil əyani və qiyabi formalarda həyata keçirilir. 
Təhsil Azərbaycan və Rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək. 
 
Sənədlər 20.06.2022 -ci il tarixdən – 31.08.2022-ci il tarixədək qəbul olunur. 
 
Ünvan: Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi, III paralel/21 
Əlaqə nömrələri: (012) 565-39-76 / daxili - 116 
Elektron ünvan: [email protected]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.