Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Azərbaycanda müəllimlər aksiyaya başlayır: - “Etiraz edəcəyik”

Azərbaycanda müəllimlər aksiyaya başlayır: - “Etiraz edəcəyik”

Azərbaycanda müəllimlər aksiyaya başlayır: - “Etiraz edəcəyik”
2022-06-07 , 17:05

Müəllimlərin sertifkasiyası məsələsi son günlər müzakirəyə çevirilən əsas mövzularındandır.

Keçirilməsi planlaşdırılan sertifkasiyaya müəllimlər tərəfindən ciddi etirazlar var.
Hurriyyet.az xəbər verir ki, paytaxtın Qaradağ rayonunda yerləşən 184 nömrəli orta məktəbin müəllimi, sinif otağında rəqs videosu ilə gündəmə gələn Gülsüm Biləndərli də Cebhe.info-ya açıqlamasında öz etirazını ifadə edib:
"Mən sertifkasiyaya qarşıyam. Tək mən yox, 40 yaşdan yuxarı müəllimlərin hamısı etiraz edir. Sertifkasiyada bal toplasaq, bizi hələ müsahibədən də keçirəcəklər. Görün, bizi nə günə qoyurlar. Sual qoyurlar ki, bu armud bu şüşəyə necə daxil olub? Mən şəhərdə böyüyən adamam, nə bilim, ora armudu necə soxublar? O sualın təhsilə, ibtidai sinifə nə aidiyyatı var? Bunlar müəllimin başına nə oyundur açırlar? Nədir belə? Bir müəllimin yükündən xəbəriniz var? Bir müəllim 45 dəqiqə ərzində elektron jurnal, sinif jurnalı, formativ jurnal, şagirdin jurnalında qeyd yazmalıdır və proqram materialını şagirdə çatdırmalıdır. Bunu necə edək? 45 dəqiqə ərzində bunların hamısını necə çatdırmaq olar? Biz artıq insan deyilik e. Bütün beyin sistemim pozulub. Bizdə hələ 25 uşaqdır, 40-45 şagirdi olan məktəblər var”.
Müəllim dərsliklərə də etiraz edib:
““Azərbaycan dili” dərsliyinə baxın. Əlifba təliimi dövrü məktəblərdə yoxdur. Birinci sinifdəki uşaq birbaşa söz oxuyur, 5 yaşında isə sadəcə hərflərlə tanış olur. Nə hərf öyrədilir, nə heca, heç nə. Belə şey olar? Mən məəttəl qalıram ki, buna ziyalılar, ağsaqqallar susur. 5 yaşında uşağı məktəbə cəlb edirlər. 5 yaşında uşaq heç özünü idarə edə bilmir, tualetə gedə bilmir. Mən 6 yaşında 1-ci sinifə gələn uşağı tualetə aparıram. Bütün bunlar 45 dəqiqəyə sığmır axı. Həm müəllimə, həm şagirdə belə zülüm etmək olmaz".
O bildirib ki, sertifikasiya ilə bağlı ölkə Prezidentinə məktub ünvanlayıb:
"Biz düşünürük ki, Milli Məclisə gedək, ölkə rəhbərinin, Birinci vitse-prezidentin qəbuluna gedək. Etirazımızı bildirəcəyik. Prezidentə bununla bağlı şikayət məktubu da göndərmişəm. Bu qədər insanı yükləmək olmaz. Sertifkasiyadan əvvəl dərsliklər və müəllimin yükü barədə də şikayət etmişəm. Hamısına baxılmalıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.