Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Amerikalı alim Qərbi Kaspi Universitetinə onlayn təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkür etdi

Amerikalı alim Qərbi Kaspi Universitetinə onlayn təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkür etdi

Amerikalı alim Qərbi Kaspi Universitetinə onlayn təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkür etdi
2022-07-26 , 23:22

Məlum olduğu kimi, may ayında Qərbi Kaspi Universiteti UNESCO Ümumdünya Ali Təhsil Konfransında iştirak etmişdi. Açıq və Distant Təhsil üzrə Beynəlxalq Şurasının üzvü, Athabasca Universitetinin professoru Rebecca Heiser dünən yayımlanan məqaləsində konfrans barədə təəssüratlarını bölüşüb, eyni zamanda konfransda çıxış edən Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırova istinad edərək, bəzi mülahizələri şərh edib. Müəllif həmçinin universitetin onlayn təhsilin inkişafında xidmətlərinə diqqət çəkib və buna görə minnətdarlığını ifadə edib. 
Qeyd edilib ki, Konfrans bəşəriyyət üçün davamlı inkişafı təmin etmək məqsədilə ali təhsildə ideya və təcrübələri yenidən formalaşdırmaq məqsədi daşıyıb.
Müzakirələrdə təhsil qarşısında dayanan yeni çağırışlar, yeni texnologiyaların ali təhsil müəssisələrinin tədris keyfiyyətinə təsiri və təhsil ocaqlarının beynəlxalq səviyyədə işlənmiş müqayisəli qiymətləndirmə sistemindən necə faydalana biləcəyi nəzərdən keçirilib. Konfransda dünyanın bir çox nüfuzlu universitetlərin rəhbərləri, professorları, təhsil agentliklərinin mütəxəssisləri iştirak ediblər.
Rebecca Heiserin məqaləsi ilə burdan tanış olmaq olar:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.