Yenilik.Az
www.Yenilik.Az » Təhsil » "Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq" - Emin Əmrullayev

"Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq" - Emin Əmrullayev

2022-07-27 , 12:47

 Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.

 
Pravda.az xəbər verir ki, naziri bu gün keçirilən brifinqdə deyib ki, Nazirlik bu məsələdə zərərçəkən tərəfdir.
 
“Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Bəzi sualların ictimaiyyətə açıqlanmasını araşdırırıq. Mənə görə də Təhsil İnstitutu və Təhsil Nazirliyinin prosesi şəffaf keçirməməkdə günahlandırılması əsassızdır. Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq. Məqsəd təbii ki, bu deyil. Nöqsanın səbəbini araşdırmalıyıq. Səbəb odur ki, hansısa müəllim qaydaları pozub və buna görə də məsuliyyət daşıyır. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik və bu məsələni araşdıracağıq", - nazir əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.