Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Nazir: "Direktorun ixtiyarı yoxdur ki, şagirdi forma geyinməyə məcbur etsin"

Nazir: "Direktorun ixtiyarı yoxdur ki, şagirdi forma geyinməyə məcbur etsin"

Nazir: "Direktorun ixtiyarı yoxdur ki, şagirdi forma geyinməyə məcbur etsin"
2022-07-27 , 13:22

“Məktəbli formasının qiymətini Təhsil Nazirliyi yox, bazar müəyyən edir”.

 
Yenilik.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
 
Nazir qeyd edib ki, forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil: “Bu tövsiyəedici qaydalardır. Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, Nazirlik gedib onu məktəbdə yoxlamayacaq, yaxud əksinə direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.