Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Təhsil Nazirliyi özünə yaxın ictimai şəxslərə qrant adı altında pul paylayıb?

Təhsil Nazirliyi özünə yaxın ictimai şəxslərə qrant adı altında pul paylayıb?

Təhsil Nazirliyi özünə yaxın ictimai şəxslərə qrant adı altında pul paylayıb?
2022-07-28 , 23:27

Gənc tədqiqatçılar arasında “Open Science” platformasının təbliği adlı layihəni Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti ilə Təhsil Nazirliyi birgə reallaşdırıb. Həmin layihənin dəyərinin 100 min manat olduğu bildirilir.

Cəmiyyətin sədri İlqar Orucov layihənin dəyərini bildirməkdən imtina etsə də, bunun Təhsil Nazirliyinin saytında elan edildiyini və qaydalar daxilində müraciət edib tenderdə qalib gəldiklərini bildirib. Lakin nə nazirliyin saytında, nə də digər informasiya resurslarında bu barədə məlumatlara rast gəlinir. Eləcə də bu təşkilatın layihə barədə hesabatı və ya hər hansı informasiyası heç yerdə öz əksini tapmayıb.
Şagirdlərin bullinqə məruz qalmasına qarşı hansısa layihəni isə Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyi ilə Təhsil Nazirliyi həyata keçirdib. Həmin layihənin 50 000 manat dəyərində olması bildirlir. Təşkilatın sədri Günel Səfərova layihənin məbləğini təsdiq edərək bu barədə mətbuatda məlumatın olduğunu bildirib. Təhsil Nazirliyinin saytında layihə barədə bir məlumat olmasa da, mətbuatda bu barədə bəzi natamam informasiyalar mövcuddur. İnformasiyanın məğzi budur ki, Elina adlı məktəblinin ölümü ilə xeyli insan məktəbləri, müəllimləri gözdən salmaqla “dirilib”!
Təhsil Nazirliyi ilə birgə bu layihələri həyata keçirən bu iki şəxsdən birincisi layihəni həyata keçirən zaman, digəri isə sonradan müvafiq olaraq Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və sədri kimi vəzifələri tutublar. Təhsil Nazirliyindən qrant adı altında külli miqdarda pul alan bu şəxslər necə onun fəaliyyətinə ictimai nəzarət edə bilərlər? Hər iki qrantla bağlı mətbuatdan Təhsil Nazirliyinə göndərilən sorğulara cavablar verilməyib. Ümumiyyətlə, görəsən, nazirlik daha kimlərə və nə qədər qrantlar verib? Bu barədə nazirlik niyə rəsmi məlumat verməkdən çəkinir? Ümumiyyətlə qrant layihələri və müsabiqələri elan etmədən, ən yaxşı halda isə rəsmi saytlarının toz basmış bir küncündə kiçik bir elanı qısa müddət yerləşdirməklə tanışlarına və tərəfdaşlarına pul paylamaq qanunidirmi?
Kamran Əsədov, təhsil eksperti

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.