Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Təhsil Nazirliyində imtahan biabırçılığı: Yüksək bal toplayan müəllimlər işə qəbul edilmir

Təhsil Nazirliyində imtahan biabırçılığı: Yüksək bal toplayan müəllimlər işə qəbul edilmir

Təhsil Nazirliyində imtahan biabırçılığı: Yüksək bal toplayan müəllimlər işə qəbul edilmir
2022-08-03 , 14:02

Tanınmış jurnalist  Ruslan Bəşirli Təhsil Nazirliyinin müəllimlərin işə qəbul prosesi haqqında status yazıb. Jurnalist Təhsil Nazirliyinin işə qəbulla bağlı apardığı siyasəti kəskin tənqid edib. Həmin statusu təqdim edirik:

“Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbul imtahanları tam bir rəzalətdir. Şəxsən mənim ailəmdən bir nəfər ötən il mümkün olan 60 baldan 54-nu topladığı halda Bakının uçaq bir kəndinə göndərildi. Həm də daimi deyil, 1 illik məzuniyyət yerinə. Bu il yenidən imtahan verdi və yüksək bal, 84 bal topladı. Indi Təhsil Nazirliyi bəyan edir ki, daimi yerlər üçün cəmi 1 mərhələ olacaq. Digər mərhələlər məzuniyyət yerləri üçün nəzərdə tutulub. Bu o deməkdir ki, əziyyət çəkib bal toplayan xeyli sayda müəllimi yenə də məzuniyyət yerlərinə göndərəcəklər. Və beləliklə bu müəllimlər ömürləri boyunca hər il imtahan verəcəklər. Halbuki Təhsil naziri çıxışı zamanı 70 baldan yüksək toplayan müəllimlərin savadlı və müəllimliyə hazır olduqlarını bəyan edir. Amma gəl gör ki, realda vəziyyət başqadır. Bu arada, imtahanların nəticələri anindaca açıqlandigi üçün nə qədər insanın yüksək, nə qədərinin aşağı bal topladığı məlum olur. Bu il yüksək bal toplayan çox deyildi, bizde əminlik vardı ki, toplanan 84 balla daimi yerə düşə biləcəyik. Amma , sonradan zəif ballar Azərbaycansayağı bir şəkildə yüksək bala çevrilməyə başladı.”
Alp.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.