Qərbi Kaspi Universitetində "Find yourself" təlimi keçirilib

Qərbi Kaspi Universitetinin Psixologiya klubunun təşkilatçılığı ilə tələbələr üçün "Find yourself" təlimi keçirilib. Universitetin müəllimi, psixoloq Dilbər Bəhmənli tərəfindən aparılan təlimdə davranış və tərbiyə üslubunun davranışa təsiri, dost və partnyor seçimlərinin uşaqlıq dövründə valideynlərlə emosional bağlardan qaynaqlanması məsələləri haqqında məlumat verilib.
Eyni zamanda nəzəri məsələlərlə yanaşı praktik məsələlərə toxunulub və tələbələrdən bir neçəsi üzərində terapiya nümunəsi göstərilib.
OXŞAR XƏBƏRLƏR