Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetində sərgi keçirilib

Qərbi Kaspi Universitetində sərgi keçirilib

Qərbi Kaspi Universitetində sərgi keçirilib
2022-11-04 , 09:40

Qərbi Kaspi Universitetinin Memarlıq və Dizayn Məktəbinin tələbələrinin ekologiya mövzusuna həsr olunmuş qrafik dizayn, akvarel, maketlərdən ibarət işlərinin sərgisi keçirilib. 
Yenilik.az xəbər verir ki, sərgidə universitetin müəllim və tələbə heyəti ilə yanaşı Xalq rəssamı, professor, Rəssamlar İttifaqının birinci katibi Ağali İbrahimov, Xalq rəssamı, professor Xanlar Əhmədov, memarlıq üzrə elmlər doktoru  Azərbaycan Dizaynerlər İttifaqının və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev, Rusiya Rəssamlar Akademiyasının üzvü, əməkdar rəssam Şərif Şərifov, Kommunikasiya üzrə tanınmış mütəxəssis, irlandiyalı Mayk Maunsel də iştirak ediblər. 
Tələbələrin yaradıcılığı ilə tanış olan qonaqlar onların işlərini yüksək qiymətləndirib, eyni zamanda tövsiyələrini veriblər.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.