Yenilik.Az
www.Yenilik.Az » Təhsil » BDU-nun Hüquq fakültəsində "Zəfər günü" ilə bağlı tədbir keçirilib

BDU-nun Hüquq fakültəsində "Zəfər günü" ilə bağlı tədbir keçirilib

BDU-nun Hüquq fakültəsində
2022-11-06 , 12:14

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində "Zəfər günü" münasibətilə tədbir keçirilib. Yenilik.az-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktorunun müavini Elnur Nuriyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Mehdi Abdullayev, Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Mediasiya Şurasının İdarə heyətinin üzvü Sima Yaqubova, Hüquq fakültəsinin məzunu, Vətən Müharibəsi şəhidi Ceyhun Şalıyevin ailə üzvü Rəna Məmmədova, Hüquq fakültəsi üzrə Vətən müharibəsi iştirakçıları İsmayılbəyli Şamo, Səfərov Əli, Məmmədov Elşad, Hacılı Babək, Həmidov Tərlan, Namazov Anar, Abbasov Abbas, Kazımlı Toğrul, Məmmədov Gümrah, Dadaşzadə Ağadadaş, Dadaşov Taleh, Bağırov Sabir, Paşabəyli Yusifkamal və Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.


Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, ilk gündən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində işğal altında olan ərazilər, eləcə də strateji yüksəkliklər işğaldan azad edildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Fakültə dekanı bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunları Vətən müharibəsində könüllü iştirak etmiş, 1 nəfər məzunumuz isə Şalıyev Ceyhun qəhrəmancasına vuruşaraq şəhid olub.

Z.Əliyev vurğulaib ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. İlk çıxış Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Şalıyev Ceyhunun ailə üzvü Rəna Məmmədovaya verilib. Rəna Məmmədova tədbir iştirakçılarına Ceyhunun keçdiyi həyat yolundan bəhs etmiş, onun müharibə dövründə göstərdiyi qəhrəmanlıqdan danışib. Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid ailələri və qazilərinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermiş, Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə daha da genişlənəcəyini bildirib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov tələbələrə əldə olunmuş nailiyyətin təkcə hərb meydanında deyil,eyni zamanda uğurlu bir siyasətin nəticəsi olduğunu bildirib. O, Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanınmasına imkan yaratdığını xüsusilə vurğulaib. Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxış edərək bildirib ki, Vəkillər Kollegiyasının hər bir üzvü bu illər ərzində Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə hüquqi yardım etmiş, azad edilmiş ərazilərə qayıdan vətəndaşlara hüquqi yardımın göstərilməsi istiqamətində də fəaliyyətə başlamışlar. Daha sonra çıxış üçün söz vətən müharibəsi iştirakçıları olan Hüquq fakültəsinin məzunlarına: Paşayev Yusifkamal, Hacılı Babək, Həmidov Tərlan, Dadaşzadə Ağadadaş, Həmidov Tərlan və Kazımlı Toğrula verilib. Onların hər biri vətənpərvərlik ruhunda böyüdüklərinə görə doğma fakültəyə, qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Sonda fakültə tərəfindən qazi və vətən müharibəsi iştirakçıları, o cümlədən şəhid Şalıyev Ceyhunun ailə üzvləri Zəfər Günü münasibətilə Təşəkkürnamə ilə təltif ediliblər. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.