Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin professoru Kanadada UIAA-nın toplantısında iştirak edib-FOTOLAR

Qərbi Kaspi Universitetinin professoru Kanadada UIAA-nın toplantısında iştirak edib-FOTOLAR

Qərbi Kaspi Universitetinin professoru Kanadada UIAA-nın toplantısında iştirak edib-FOTOLAR
2022-11-11 , 12:41

Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının (UIAA) toplantısında iştirak edib.


Yenilik.az xəbər verir ki, toplantı UIAA Baş Assambleyası tərəfindən Kanadanın Banff şəhərində Kanada Alp Klubunun (ACC) ev sahibliyi ilə baş tutub. İştirakçılar Assambleyanın fəaliyyəti, prioritetlərini müzakirə edib, növbəti il üçün proqramı nəzərdən keçiriblər, eyni zamanda federasiyanın komissiyalarının üzvlüyünə seçkilər keçirilib.

Qeyd edək ki, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyası (UIAA) dünya miqyasında alpinizmin inkişafını və qorunmasını təbliğ edən nüfuzlu təsisatdır. Hüseyn Bağırov Federasiyada Dağların Mahafizəsi Komisiyasının üzvüdür.










Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.