Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Beynəlxalq CİS Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq CİS Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq CİS Günü ilə bağlı tədbir keçirilib
2022-11-18 , 14:57

Beynəlxalq Coğrafi İnformasiya Sistemləri (CİS) günü ilə əlaqədar olar biznes–universitet əməkdaşlığı çərçivəsində Qərbi Kaspi Universiteti və “Caucasus Geo Survey” MMC-nin birgə təşkilatçılığı ilə seminar və poster nümayişlərindən ibarət tədbir keçirilib. 
Universitetin icraçı prorektoru Rəşad Bağırov CİS-in elmin və iqtisadiyyatın müxtəlif sahələrində geniş istifadə olunduğunu, bu cür seminarların tələbələrin praktik biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra “Caucasus Geo Survey” MMC-nin təsisçisi və direktoru, universitetin müəllimi c.ü.f.d. Rauf Əmənovun “Elmi-tədqiqat işlərində CİS-in tətbiqi” adlı çıxışı dinlənilib. Çıxışda CİS texnologiyasının müxtəlif elm və biznes sahələrinə tətbiqi, eləcə də beynəlxalq və yerli layihələrdə bu texnologiyanın geniş tətbiqi imkanları nümayiş etdirilib. 

Müdafiə Sənayesi Nazirliyi tərkibində Milli Aerokosmik Agentliyinin ekologiya İnstitutunun əməkdaşı Leyla Zeynalovanın çıxışında CİS-in ekologiya sahəsində tətbiqi şərh olunub.

Seminarda həmçinin Ekologiya və ətraf mühit kafedrasının tələbələrinin CİS-in ekologiyanın müxtəlif sahələrinə tətbiqi, İnformasiya texnologiyaları kafedrasının tələbələrinin isə maşın öyrənmənin (machine learning) və süni zəkanın CİS-də tətbiqi, “Data” elmi və CİS-də tətbiqi adlı mövzularda poster təqdimatları olub. 

Sonda poster təqdimatında fərqlənən tələbələr sertifikatlarla təltif olunub.


















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.