Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin 4 komandası “Steam Azərbaycan-2022”nin qalibi olub

Qərbi Kaspi Universitetinin 4 komandası “Steam Azərbaycan-2022”nin qalibi olub

Qərbi Kaspi Universitetinin 4 komandası “Steam Azərbaycan-2022”nin qalibi olub
2022-12-12 , 11:30

Bu il STEAM Azerbaijan Festival-2022 – Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində beynəlxalq formatda təşkil edilib.
Yenilik.az-a verilən xəbərə görə, Qərbi Kaspi Universitetinin üç komandası festivalın birinci mərhələsinə qatılmış 138 komanda arasında ən yaxşı 27 komanda sırasına düşərək, finala vəsiqə qazanıb. Eyni zamanda Qərbi Kaspi Universitetinin orta məktəbinin komandası finalda çıxış etmək hüququ qazanıb.
Universitetin komandalarından ikisi Hakaton (ali məktəb) kateqoriyasında birinci və ikinci yerə, biri İnnovasiyalar kateqoriyasında birinci yerə layiq görülüb. Eyni zamanda Universitetin orta məktəb komandası mexatronika kateqoriyasında uğurla çıxış edərək qızıl medal qazanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.