Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetində tədqiqat laboratoriyası yaradılacaq

Qərbi Kaspi Universitetində tədqiqat laboratoriyası yaradılacaq

Qərbi Kaspi Universitetində tədqiqat laboratoriyası yaradılacaq
2023-01-05 , 01:28

Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov, Universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin dekanı kimya üzrə fəlsəfə doktoru Nailə Quliyeva, Təbiət Elmləri Kafedrasının müdiri biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva və müəllimi biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar.
Yenilik.az xəbər verir ki, səfər müddətində H.Bağırov və Universitetin əməkdaşları İnstitutun idarə heyətinin sədri a.e.f.d. Elmar Allahverdiyevlə görüşərək tərəflər arasında bağlanmış anlaşma memorandum çərçivəsində elmi və tədris sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müzakirələr zamanı TETİ-də  universitetin baza kafedrasının və QKU-da isə institutun tədqiqat laboratoriyasının yaradılması məsələlərinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi elmlə təhsilin inteqrasiyasını sürətləndirəcək. Əməkdaşlıq çərçivəsində universitetin biologiya ixtisasında təhsil alan tələbələrin mühazirə və praktiki dərslərinin mütəmadi olaraq TETİ-də keçirilməsi nəzərdə tutulur. 
Eyni zamanda Qərbi Kaspi Universiteti və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutlarının alim və mütəxəssislərinin birgə elmi-tədqiqat işlərinin həyata keçirmələri, konfransların təşkili, yerli və beynəlxalq layihələrin icrası, məqalələrin nəşri və s. məsələlər də görüşün əsas müzakirə mövzularından olub.
Sonra isə QKU-nun rəhbərliyi və əməkdaşlar TETİ-nin Seleksiya şöbəsi, Aqrobiotexnologiya, Emal, saxlanma və keyfiyyət, İstixana tərəvəzçiliyi, Bitki mühafizəsi, Funksional analizlər laboratoriyaları, toxumun emalı, istixanaların idarəedilməsi mərkəzi, istixanalar və s. ilə tanış edilib, institutut əməkdaşları tərəfindən hazırlanmış kitab və digər materiallar hədiyyə edilib


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.