Yenilik.Az
www.Yenilik.Az » Təhsil » “Əməkhaqqı artımı faizləri ədalətli deyil” — Sertifikasiyada hansı dəyişikliklərə ehtiyac var?

“Əməkhaqqı artımı faizləri ədalətli deyil” — Sertifikasiyada hansı dəyişikliklərə ehtiyac var?

“Əməkhaqqı artımı faizləri ədalətli deyil” — Sertifikasiyada hansı dəyişikliklərə ehtiyac var?
2023-07-07 , 19:58

Xəbər verdiyimiz kimi, iyulun 6-da Elm və təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü baş tutdu. Nazir çıxışında sertifikasiya ilə bəzi məqamlara toxundu. 


Emin Əmrullayev bölgələr üzrə sertifikasiya imtahanının nəticələri və buna müvafiq müəllimlərin əməkhaqqlarına ediləcək artımlardan danışdı:

“İlk diaqnostik qiymətləndirmələr göstərdi ki, orta məktəblərdə çalışan müəllimlərin öz ixtisasları üzərində cidd işləmələrinə ehtiyac var”. 


Sertifikatlaşdırma imtahanının əhəmiyyətindən danışan təshil eksperti Kamran Əsədov Demokrat.az-a bildirib ki, hazırda Azərbaycanın 4 432 orta ümumtəhsil məktəbində 150 minə yaxın müəllim çalışır: 

“Müəllimlərin bilik və bacarıqlarının yoxlanılması ilk dəfə 2014-2018-ci illəri əhatə edən diaqnostik qiymətləndirmə vasitəsilə həyata keçirilib. Buna qədər müəllimlərin bilik və bacarıqları barədə məlumatlı deyildik. 

Etiraf edək ki, ilk diaqnostik qiymətləndirmələr göstərdi ki, orta məktəblərdə çalışan müəllimlərin öz ixtisasları üzərində cidd işləmələrinə ehtiyac var”.



O qeyd edib ki, hər il şəffaf və obyektiv şəkildə müəllimlərin işə qəbulu vasitəsilə gənc və savadlı müəllimlərin məktəb sıralarına daxil edilməsi önəmli və müsbət addımdır:

“Hər il məktəblərdə baş verən xoşagəlməz hadisələr, müəllim – şagird münaqişələri təhsilə münasibəti aşağı səviyyəyə salır. Artıq Azərbaycan təhsili yeni dövrə qədəm qoyub. Burada vacib məqam təhsilə etimadın artırılmasıdır. Bunun üçün savadı və bacarığı yüksək olan müəllimlər sistemdə saxlanılmalıdırlar. 

Elm və Təhsil Nazirliyi bu istiqamətdə müəllimlərin sertifikasiyasına başlayıb. Bu, ilk dəfə 2022-ci ildə keçirildi. 11 min müəllim prosesdə iştirak etdi. Onların 2800 nəfəri minimum keçid balını toplaya bilmədi. Bu, aşağı nəticədir. İndi prosesin ikinci mərhələsi başlayıb. Azərbaycan dili  və ədəbiyyatı fənni müəllimlərinin, ibtidai sinif müəllimlərinin sertifikasiyası gedir. Bu proses yeni formatda həyata keçirilir. Burada müəllimlər ixtisasları və kurikulum üzrə müsahibə mərhələsində biliklərini yoxlayacaqlar”. 

Ekspert əlavə edib ki, sertifikasiya nəticələri müəllimlərin həm əmək haqlarına, həm də dərs saatlarına təsir göstərəcək. Amma hazırki əməkkhaqqı artımı faizi doğru deyil. 

Ekspert bunu belə izah edib: “10 faizlə 35 faiz arasına ciddi fərq var. 50 bal toplayanla 30 bal toplayana eyni əməkhaqqı artımını tətbiq etmək ədalətli deyil. Elm və Təhsil Nazirliyi sertifikasiya qaydalarını müəyyən etdiyi bir il ərzində onlarda 9 dəfə dəyişiklik edib. Keçid balı ilə bağlı, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyaya cəlb edilməsilə və ya iştirakı 3 ilə qədər endirmə məsələsi...
 
Düşünürəm ki, hazırki qaydada da dəyişiklik edilməlidir. 30-40 arası bal toplayanların maaşı 10 faiz, 40-50 arası 20 faiz, 50-dən çox bal toplayanlarda isə artım daha yüksək olmalıdır. 

Hesab edirəm ki, bu, müəllimlərin öz üzərilərində daha yaxşı işləməsinə və sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq”.     

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.