Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ
2020-04-29 , 13:50

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb.


Yenilik.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, müsahibədə iştirak etmək üçün heç bir proqramda qeydiyyata ehtiyac yoxdur: "Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. Bu halda müəllim hər hansı proqram yükləmir. İştirakını təsdiq etmiş müəllimlərin maili-nə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar”.


E.Bağırov qeyd edib ki, digər variant isə telefon vasitəsilə onlayn müsahibəyə qoşulmaqdır: “Bunun üçün isə “Microsoft Team” mobil tətbiqini telefona yükləmək kifayətdir. Heç bir qeydiyyata ehtiyac yoxdur. Müəllimlər yenə eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər”.APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.