Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır

Ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır

Ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır
2020-05-05 , 16:11

Türkiyədə ali məktəblər iyunun 15-də açıla bilər.


Pravda.az xəbər verir ki, bu barədə Yüksək Öyrənim Qurumu (YSK) açıqlama yayıb.

Açıqlamada bildirilib ki, dövlətin aidiyyəti qurumları iyunun 1-də pandemiyanın nəzarət altına alındığını və yoluxma sayında azalma olduğunu bəyan edərsə, ali məktəblərdə normallaşma prosesinə başlanacaq. Bu proses mərhələli şəkildə olacaq.


Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu il martın 15-də Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.