Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Nazirin bu qərarı narazılıq yaratdı

Nazirin bu qərarı narazılıq yaratdı

Nazirin bu qərarı narazılıq yaratdı
2024-01-30 , 14:43

Xəbər verdiyimiz kimi, məktəblərdə qış tətili başlayıb. Bu müddət yanvar ayının 27-dən fevralın 1-nə qədər davam edəcək. Tətilin 5 gün olması və bu müddətin 2 gününün həftəsonuna təsadüf etməsi valideynlər və müəllimlər arasında müzakirələrə səbəb olub. Şagirdlərin dərs yükü ilə bu müddətin uyğunlaşmadığını iddia edənlər də var. 

Məsələyə münasibət bildirən Təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a mövzunu şərh edib:
“Bu, Elm və Təhsil Nazirliyinin verdiyi və dövlət tərəfindən təsdiq edilən bir qərardır. Bu səbəbdən ediləcək nəsə yoxdur. Sadəcə, nazirlik tərəfindən təşəbbüs göstərilə bilər. Tətil müddətinin artırılmasına dair qərar vermək məhz Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Düşünürəm ki, bu müddət ən azı 1 həftə olmalı idi. Çünki 5 gün olduqca az bir müddətdir və bu hal valideynlər və müəllimlər arasında narazılıqların artmasına gətirib çıxarır. Həmin müddətin 7 gün olması tədris prosesinin birinci yarımilliyindəki ağırlığı aradan qaldıra bilərdi. Bu istirahət nəticəsində şagirdlər, valideynlər, həmçinin də müəllimlər yeni dərs müddətinə daha gümrah başlaya bilərdilər”. 
Ekspert həmçinin bildirib ki, yarımil rüb tətilləri 5 gün nəzərdə tutulur: 
“Lakin bu tətilin 2 gününün həftəsonuna təsadüf etməsi müəyyən müzakirələrə səbəb olur və əlavə olaraq tətilə gün artırılması tələb olunur.  Ancaq bunu da qeyd etmək lazımdır ki, rüb tətili daha çox şagirdlərə yönələn istirahət müddətidir. Həmin tətil hər kəsə şamil olunmur. Əmək müqaviləsi bağlanan digər işçilərə bu məsələ aid olmadığına görə düşünürəm ki, həftəsonları diqqətə alınmayıb”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.