Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Bu məktəbdə ilk dəfə "Son zəng" keçirildi-FOTO

Bu məktəbdə ilk dəfə "Son zəng" keçirildi-FOTO

Bu məktəbdə ilk dəfə
2024-06-14 , 13:25

İyunun 14-də respublikamızın bütün məktəblərində "Son zəng" tədbiri keçirilib. Sumqayıt şəhər Evdə fərdi təhsil məktəbiində keçirilən "Son zəng" tədbiri xüsusilə əlamətdar olub. Belə ki, bu gün məktəbin tarixində ilk dəfə "Son zəng" keçirilib. Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Vladim İbrahimov ölkəmizdə aparılan uğurlu təhsil siyasətindən, xüsusilə sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət səviyyəsində göstərilən qayğıdan, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqları daim diqqətdə saxlamasından söz açıb, məktəbin məzunlarına xoş arzularını ifadə edib.


Sonra məktəbin direktor müavini Diləfruz Mahmudova çıxış edərək məktəbdə son bir ildə baş verən müsbət yeniliklərdən, məktəbin şagirdlərinin müxtəlif yarışlarda və olimpiadalarda iştirakından, əldə etdikləri nailiyyətlərdən söz açıb. Şəhid Mübariz Novruzovun xanımı və məktəbin müəllimi Namilə Novruzova, yubiley yaşını qeyd edən müəllimlər adından fizika müəllimi İradə Babayeva da çıxış edərək məzunlara arzu və təbriklərini səsləndiriblər. Tədbirdə valideynlər adından çıxış edən Samir İmanov məktəbin tarixində ilk dəfə belə bir yaddaqalan mərasimin keçirilməsindən şagird və valideynlərin məmnun olduğunu, ümumiyyətlə son bir ildə məktəbdə çox müsbət dəyişikliklərin baş verdiyini və bunun nəticəsi olaraq belə bir "Son zəng"in baş tutmasının sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıdığını bildirərək Elm və təhsil nazirliyi, MÜTDA, Abşeron-Xızı Regional təhsil idarəsi və məktəb rəhbərliyinə minnətdarlığını ifadə edib.

"Son zəng" tədbiri şagirdlərin bir-birindən maraqlı çıxışları və rəqslərlə davam edib. Tədbirin sonunda 60 illik yubileyini qeyd edən müəllimlər, həmçinin məzunlar, fəal şagirdlər mükafatlandırılıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.