Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Təhsil nazirindən növbəti tədris ili ilə bağlı AÇIQLAMA

Təhsil nazirindən növbəti tədris ili ilə bağlı AÇIQLAMA

Təhsil nazirindən növbəti tədris ili ilə bağlı AÇIQLAMA
2020-08-20 , 17:54

Təhsil Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

 
Təhsil Nazirliyindən bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
 
Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.