Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Onlayn dərslərə qoşulmayan şagirdləri hansı cəza gözləyir? - Nazirlikdən AÇIQLAMA

Onlayn dərslərə qoşulmayan şagirdləri hansı cəza gözləyir? - Nazirlikdən AÇIQLAMA

Onlayn dərslərə qoşulmayan şagirdləri hansı cəza gözləyir? - Nazirlikdən AÇIQLAMA
2020-11-02 , 15:21

Bu gündən etibarən distant təhsilə start verilir. Bəlli səbəblərdən internetin əlçatan olmaması narahatlıq doğurur. Maraqlıdır, onlayn dərslərə qatıla bilməyən şagird və tələbələri hər hansı cəza gözləyirmi?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı açıqlamasında bildirib ki, onlayn dərslərə qoşula bilməyən şagird və tələbələrə hər hansısa cəza tətbiqindən söhbət getmir:
“Biz uşaqlarımızın tədrisini daha yaxşı təşkil etmək üçün imkanlar axtarırıq. Əgər internet problemi ilə əlaqədar dərsə qoşulmasalar, bununla bağlı məktəb rəhbərliyi müəllimlərlə danışmalıdır ki, o müəllimlər öz imkanlarını səfərbər etsinlər. Onlar uşaqların tədrisdən yayınmaması üçün kömək etməlidirlər. Biz cəzadan daha çox məsuliyyətə diqqət edirik. Əgər şəxsin doğrudan da belə bir imkanı yoxdursa, biz ona necə cəza verə bilərik? Belə halda cəzalandırmadan söhbət gedə bilməz. Dərsdə iştirak etməyənlərin il sonunda imtahanda iştirakı barədə danışmaq isə hələ tezdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.